Yeni Britaniya baş naziri ilk sınağından keçə BİLMƏDİ

 09:25 12.08.2026     209

Böyük Britaniyanın yeni baş naziri Endi Bernemin lider kimi qarşılaşdığı ilk ciddi sınaqdan uğursuz keçdiyi bildirilir.

Redaktor.az “Telegraph”a istinadən xəbər verir ki, nəşr baş nazirin məhbusların vaxtından əvvəl azadlığa buraxılması məsələsində qəti mövqe nümayiş etdirə bilmədiyini yazıb.

Məlumata görə, Bernem 2019-cu ilin yayında polis əməkdaşı Endryu Harperin ölümündə iştirak edən cinayətkarların vaxtından əvvəl azadlığa buraxılması məsələsində mövqeyini bir neçə dəfə dəyişib. Polis əməkdaşı Berkşir qraflığında kvadrosiklet oğurluğu ilə bağlı hadisəyə müdaxilə edərkən hücuma məruz qalıb. Hadisə ilə əlaqədar üç yeniyetmə mühakimə olunaraq ümumilikdə 42 il müddətinə azadlıqdan məhrum edilib.

“Telegraph”ın yazdığına görə, Bernem əvvəlcə ölkə üzrə təxminən 2,5 min məhbusun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərarın icrasını dayandırıb. Lakin bir neçə həftə sonra bu prosesin yenidən bərpa olunmasına göstəriş verib. Yeganə dəyişiklik isə cinsi zorakılıq cinayətlərinə görə məhkum olunan şəxslərin bu prosesdən kənarda saxlanılması olub.

Daha sonra baş nazir yenidən mövqeyini dəyişərək məhz Harperin ölümündə iştirak edən şəxslərin həbsxanada saxlanılması üçün bir yolun olduğunu bildirib. Bununla belə, həmin yolun nədən ibarət olduğunu açıqlamayıb.

Nəşr Bernemin bu addımlarını “başgicəlləndirici mövqe dəyişikliyi” kimi qiymətləndirərək, belə davranışın ölkəyə qətiyyətli rəhbərlik təsiri bağışlamadığını qeyd edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən