Qadına çayda timsah hücumu - Qolu amputasiya edildi

 12:10 12.08.2026     244

ABŞ-nin Florida ştatında çayda üzən qadına timsah hücum edib.

Redaktor.az  "Fox 35"ə istinadla xəbər verir ki, hadisə Silver çayında baş verib. Timsah qadının qolundan tutaraq onu suyun dibinə çəkməyə çalışıb.

Yaxınlıqdakı qayıqda olan Con Qamaş qadının kömək çağırışını eşidərək dərhal onun köməyinə çatıb. O, qadını sudan çıxarıb və yarasına ilkin yardım göstərib.

Qadın xəstəxanaya çatdırılıb. Ağır xəsarətlər səbəbindən onun sağ qolu amputasiya edilib.

Qadının vəziyyətinin hazırda stabil olduğu və həyatının təhlükədə olmadığı bildirilir. Hadisədən sonra təxminən 3 metr uzunluğunda olan timsah tutulub.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən