Ebola virusu sürətlə yayılır - Ölənlərin sayı artdı

 12:37 12.08.2026     229

Konqo Demokratik Respublikasında Ebola epidemiyasından ölənlərin sayı 2011-ə çatıb. Ölkənin beş əyalətində ümumilikdə 4381 yoluxma halı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının İctimai Səhiyyə İnstitutu məlumat yayıb. 

Virusun aşkarlanmasında gecikmələr, münaqişələr və gərgin səhiyyə xidmətləri əvvəlki epidemiyalarla müqayisədə onun daha sürətli yayılmasına səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən