Tramp İranla müharibədən imtina etdi

 15:02 12.08.2026     198

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli istiqamətində aktiv diplomatik addımlardan və hərbi əməliyyatlardan imtina edərək, yeni strategiyaya keçib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Atlantic” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın müharibəni başa çatdırmaq üçün əvvəlki cəhdləri - məhdud bombardmanlar və sərt hədələlər nəticə verməyib. Ağ Ev bu dəfə gözləmə strategiyasına üstünlük verir.

“The Atlantic” qeyd edib ki, yeni strategiya maliyyə sanksiyalarının və İran limanlarına tətbiq olunan dəniz blokadasının saxlanılmasını nəzərdə tutur. Amma bu planın həyata keçirilməsi səbir tələb edir.

Donald Trampın müşavirləri öz aralarında etiraf edirlər ki, prezidentin sosial şəbəkələrdə düşünülməmiş şəkildə paylaşdığı istənilən açıqlama eskalasiyaya və bütün strategiyanın pozulmasına gətirib çıxara bilər.

Vumart və Güvən reklamı Vumart Güvən