Rusiyanın Krım, Mariupol və Luqanskdakı hərbi obyektləri məhv edildi

 15:55 12.08.2026     242

Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun işğal olunmuş Krım yarımadasında yerüstü retranslyatorunu, Luqansk vilayətində dron obyektini vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının Olenivka bölgəsində “Geran” tipli zərbə PUA-larının idarə olunması üçün istifadə edilən yerüstü retranslyatoru vurub”, - məlumatda bildirilib.

Həmçinin işğal edilmiş Mariupol şəhərində Rusiya qüvvələrinin təmir bölməsinin və Luqansk vilayətinin Marivka kəndində pilotsuz sistemlər bölməsinin şəxsi heyətinin cəmləşdiyi məntəqələr də vurulub.

Vumart və Güvən reklamı Vumart Güvən