Əkrəm İmamoğlu CHP-dən istefa verdiyini AÇIQLADI
Türkiyənin İstanbul şəhərinin həbsdə olan sabiq bələdiyyə sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, öz sosial şəbəkə hesabında partiyada 17 illik üzvlüyünə son qoyduğunu bildirib.
Qeyd edək ki, Əkrəm İmamoğlu hazırda həbsdədir və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb.
O, cinayətkar təşkilat yaratmaqda, rüşvət almaqda, cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaqda, dələduzluqda, həmçinin cinayət işləri üzrə sübutların gizlədilməsi və tenderlər zamanı sövdələşmə ilə bağlı bir sıra qanun pozuntularında ittiham olunur.













