Çay ilbizi toplayan yaşlı qadın timsahın qurbanı OLDU

 11:26 13.08.2026     290

Malayziyanın Saravak əyalətində 78 yaşlı qadın çay ilbizləri toplayarkən timsahın hücumuna məruz qalaraq həyatını itirib.

Redaktor.az bu haqda "Malyaziya Mail" qəzetinə istinadla xəbər verir.

Sambai Anggah qızı ilə birlikdə qayıqla çay ilbizləri toplayarkən timsah qəfil ona hücum edib.

Qadının 31 yaşlı qızı hadisənin şahidi olub. Timsah qadını qayıqdan təxminən 10 metr uzağa sürüyüb və kənd sakinlərinin müdaxiləsindən sonra onu buraxıb.

Qadının cəsədi daha sonra suyun üzərində üzən vəziyyətdə tapılıb və yaxınlıqdakı körpüyə aparılıb. Hadisə yerinə gələn xilasedicilər qadının meyitini polisə təhvil veriblər.

Aytəkin TOFİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən