Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina etdi

 13:39 13.08.2026     230

Ermənistanın Təhlükəsizlik Şurası sabiq katibi Armen Qriqoryan Baş nazirin aparatında vəzifə tutmaq təklifindən imtina edib.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

“Armen Qriqoryana Baş nazirin aparatında iş təklif etdim, lakin görünür, o, dövlət karyerasında fasilə verməyə üstünlük verdi. Mən buna anlayış və hörmətlə yanaşıram”, – o deyib.

Qeyd edək ki, Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsində parlamentin sabiq sədri Alen Simonyan əvəz edib.

Vumart və Güvən reklamı Vumart Güvən