Krımda PUA hücumundan sonra partlayış baş verdi - Rusiya FHN-in 4 pirotexniki öldü

 14:00 13.08.2026     226

Sevastopolda Ukraynanın PUA hücumundan sonra ərazinin təmizlənməsi və partlayıcı sursatların zərərsizləşdirilməsi zamanı 5 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, ölənlərdən 4-ü Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) pirotexnikləri, biri isə obyektin mühafizəçisi olub.

Məlumata görə, FHN əməkdaşları hücumdan sonra ərazini yoxlayarkən partlayıcı sursatlardan biri detonasiya edib.

Hadisə 12 avqustda Sevastopola həyata keçirildiyi bildirilən kütləvi PUA hücumundan sonra baş verib. Rusiya tərəfi həmin gecə 30-dan çox PUA-nın vurulduğunu açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən