Tramp Ağ Evdə kəşfiyyat nümayəndələri ilə qapalı görüş keçirir
ABŞ Prezidenti Donald Trampla kəşfiyyat icmasının nümayəndələri arasında Ağ Evdə qapalı müşavirə başlayıb. Görüş Vaşinqtonla Tehran arasında davam edən münaqişənin nizamlanması üçün kompromis axtarışları fonunda keçirilir.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Trampın sonrakı proqramında fərmanların imzalanması, həmçinin Oval kabinetdə xarici siyasət məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Müşavirənin keçirilməsinə İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmaların səbəb olduğu bildirilir. Agentliyin məlumatına görə, tərəflər boğazdan əlavə rüsum tutulmadan 60 gün ərzində sərbəst gəmiçilik rejiminin təmin edilməsi barədə razılığa gəliblər.
Xədicə BAXIŞLI













