Dünyanın ən böyük tam elektrikli təyyarəsi ilk dəfə havaya QALXDI

 22:37 13.08.2026     366

ABŞ-nin "Heart Aerospace" şirkəti ilk dəfə "X1" təyyarəsini havaya qaldırıb.

Redaktor.az xəbər verir ki, "X1" indiyədək uçuş həyata keçirən ən böyük tam elektrikli təyyarədir.

Sınaq Nyu-York ştatında yerləşən Plattsburq Beynəlxalq Hava Limanının uçuş-sınaq bazasında keçirilib. Uçuş 27 dəqiqə davam edib.

"X1" təxminən 335 metr yüksəkliyə qalxıb. Tam elektrikli mühərrik sistemi 1 meqavatdan çox güc hasil edib. Sınaq zamanı təyyarə yerdə hərəkət, havaya qalxma, yüksəlmə, manevr və eniş mərhələlərini uğurla yerinə yetirib.

İlk uçuş zamanı təyyarə yalnız akkumulyatorlardan istifadə edib və təxminən 5 dollar dəyərində elektrik enerjisi sərf edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən