Ukraynanın iri şəhərləri qışda yaşayış üçün yararsız hala gələ bilər - KİV

 22:50 13.08.2026     320

Enerji sistemində baş verə biləcək kollaps qış aylarında Ukrayna şəhərlərində həyatı dözülməz edə bilər. Belə bir proqnozu Almaniyanın Berliner Zeitung (BZ) qəzeti yayıb.

Redaktor.az xəbər verir ki, nəşrin məqaləsində ötən qış Kiyev sakinlərinin temperaturun mənfi 10 dərəcəyə qədər düşdüyü mənzillərdə yaşamaq məcburiyyətində qaldığı qeyd olunub.

“Bu il vəziyyət daha da pisləşə bilər və Ukraynanın bir çox iri şəhərləri yaşayış üçün yararsız hala gələ bilər”, – nəşr xəbərdarlıq edib.

Berliner Zeitung soyuq havaların yaxınlaşması fonunda Ukrayna Prezidenti Vladimir Zelenskinin “getdikcə daha çox ruhdan düşmüş göründüyünü” də vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Çikaqo Universitetinin professoru Con Mirşaymer Vladimir Zelenskinin ölkədə kollapsın qarşısını almaq üçün Rusiya ilə sülh bağlamalı olduğunu bildirib. O, Ukraynanın döyüş meydanında uğur əldə etmədiyini xatırladıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən