Yunanıstanda alov yaşayış evlərinə ÇATDI

 23:23 13.08.2026     301

Yunanıstanın Halkidiki yarımadasının Sıviri kurort bölgəsində genişmiqyaslı yanğın yayılır. Alov yaşayış evlərinə yaxınlaşdığı üçün ərazidə təxliyə elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Katimerini” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, avqustun 13-də Sıviridə başlayan böyük yanğın kənd təsərrüfatı sahələrinə və meşələrə yayılaraq yaşayış evlərinə yaxınlaşıb və əmlaka ziyan vurub. Güclü külək alovun yayılmasını sürətləndirib, tüstü isə Halkidikinin müxtəlif ərazilərindən görünüb.

Təcili xəbərdarlıq sistemi Sıviridə yaşayan insanlara Mola-Kaliva istiqamətində hərəkət etməyi tapşırıb.

Qəzet həmçinin Furka bölgəsinin Papakiritsi ərazisində dəniz yolu ilə təxliyənin həyata keçirildiyini bildirib. Təxliyədə bir sahil mühafizə gəmisi, doqquz özəl qayıq və sərnişin katerinin iştirak etdiyi qeyd olunub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən