Kainatda qeyri-adi obyekt kəşf edildi - TƏDQİQAT
Massaçusets Texnologiya İnstitutunun (MIT) astrofizikləri Cetus bürcündə yeni astronomik obyekt kəşf ediblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.
Alimlərin fikrincə, obyekt görünüşcə nəhəng ulduza bənzəyir, lakin məlum olan hər hansı bir ulduzdan təxminən 100 milyard dəfə çox enerji yayır. Onun radiasiya səviyyəsi qara dəliyin səviyyəsinə xeyli yaxındır.
Mənbənin Böyük Partlayışdan 660 milyon il sonra ortaya çıxdığı bildirilir.
Tədqiqatın aparıcı müəllifi Rohan Naidoo qeyd edib ki, obyekt ulduz və qara dəliyin birləşməsinə bənzəyir.
Aytəkin TOFİQQIZI













