Şimali Koreya ABŞ-nin nüvə strategiyasını pislədi

 09:25 14.08.2026     222

Şimali Koreya ABŞ-ıni yeni nüvə strategiyasının dünyada yeni silahlanma yarışına səbəb ola biləcəyini bildirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-nin yeni nüvə strategiyasının qlobal nüvə balansını poza və təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə biləcəyini açıqlayıb.

Şimali Koreya həmçinin bu yay keçirilməsi planlaşdırılan ABŞ-Cənubi Koreya hərbi təlimlərini pisləyib və özünümüdafiə hüququndan istifadə edəcəyini bildirib. Nazirlik ölkənin düşmən dövlətlərin yaratdığı ciddi qarşıdurma vəziyyətinə dözməyəcəyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən