Ukraynada hava hücumundan müdafiə raketləri ÇATIŞMIR

 10:39 14.08.2026     212

Ukrayna hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raket-tutucuların çatışmazlığı ilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin Konqres üçün hazırladığı hesabatda bildirilib.

Sənəddə qeyd olunur ki, bu ilin aprel-iyun aylarında Ukrayna hava və raket hücumundan müdafiə sahəsində xarici dəstəkdən asılılığını davam etdirib.

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 13-də ABŞ-nin CNN telekanalına müsahibəsində ölkəsinin Patriot sistemləri üçün lazım olan raket-tutucuların cəmi onda birinə sahib olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ mövcud ehtiyatlarının 5 faizini Ukraynaya versə, bu, ölkənin qış dövrünü keçirməsinə kömək edə bilər.

Rusiya təhlükəsizlik strukturlarında isə bildirilib ki, ABŞ Ukraynaya Patriot sistemləri üçün raket ehtiyatlarının 5 faizini versə belə, bu, ölkənin qışı problemsiz keçirməsi üçün kifayət etməyəcək.

Hərbi ekspert Anatoli Matviyçuk isə payızın sonuna qədər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti üçün zəruri olan mövcud raket ehtiyatlarını tükədə biləcəyi qənaətini bildirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən