Polşada ölkə tarixinin ən böyük hərbi paradı KEÇİRİLDİ

 17:43 15.08.2026     403

Polşanın paytaxtı Varşavada Ordu Günü münasibətilə ölkə tarixinin ən böyük paradı keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "TVP Info" telekanalı məlumat yayıb.

Tədbirə 1 800-ə yaxın hərbi qulluqçu, 300-dən çox yerüstü texnika və 60 uçuş aparatı, o cümlədən Polşa ordusunun silahlanmasına daxil olan ilk "F-35" qırıcısı cəlb olunub.

Paradda ABŞ, Kanada, Avstraliya, Litva, Rumıniya, İsveç, Estoniya və digər ölkələrin hərbi qulluqçuları da iştirak ediblər.

Müttəfiqlər arasında ən böyük kontingenti Fransa hərbçiləri, o cümlədən bu ölkənin Xarici Legion bölməsi təmsil edib.

Vumart və Güvən reklamı Vumart Güvən