Rusiya Dnepropetrovsku vurdu

 23:00 15.08.2026     266

Rusiya Silahlı Qüvvələri bu gün Dnepropetrovsk vilayətinin beş rayonuna 50-dən çox hücum həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanca məlumat verib.

Hücumlar nəticəsində 17 nəfər yaralanıb, onlardan ən azı 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Müəssisələrə, fərdi yaşayış evlərinə, bazara, bank filialına və avtomobillərə, o cümlədən marşrut avtobusuna ziyan dəyib.

Vumart və Güvən reklamı Vumart Güvən