Seuta şəhərində təxminən 200 miqrant sığınacaq tələb edərək etiraz aksiyası keçirdi

 22:41 16.08.2026     315

Mərakeşdən İspaniyanın Seuta anklavına keçən təxminən 200 miqrant bazar günü yerli hakimiyyət orqanlarını onlara sığınacaq verməyə çağıraraq etiraz aksiyası keçirib.

Redaktor.az xəbər verir ki, məlumata görə, etiraz Seutadakı Trampolin çimərliyində təşkil edilib. 

İştirakçılar İspaniya bayraqlarını dalğalandırıb və ölkədə sığınacaq tələb edən lövhələr tutublar.

Qeyd edək ki, İyulun sonunda İspaniyanın Seuta şəhəri Mərakeşdən gələn böyük qanunsuz immiqrasiya dalğası ilə üzləşib. İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, təxminən 72000 miqrant Mərakeşdən ölkəyə daxil olub. 11 avqustda isə Seuta hakimiyyəti şəhərdə təxminən 10000 miqrantın qaldığını açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən