4 Avropa ölkəsi Rusiya vətəndaşları üçün məhdudiyyət tətbiq EDƏCƏK
Belçika, Lüksemburq, Niderland və İsveç 2026-cı il oktyabrın 1-dən etibarən beş il müddətinə verilən biometrik olmayan Rusiya xarici pasportlarını tanımayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda qeyd olunub.
Bununla belə, İsveç müəyyən istisna tətbiq edəcək. Belə ki, 2026-cı il dekabrın 31-dək Şengen vizasını və ya Avropa İttifaqı və Şengen ölkələrinin yaşayış icazəsini oktyabrın 1-dən əvvəl əldə etmiş Rusiya vətəndaşlarının biometrik olmayan pasportları qəbul ediləcək.
Belçika, Lüksemburq və Niderland isə keçid dövrü ilə bağlı hər hansı istisna nəzərdə tutmayıb.
Yeni məhdudiyyətlər qüvvəyə mindikdən sonra biometrik olmayan beşillik Rusiya xarici pasportları artıq 15 Avropa ölkəsində tanınmayacaq.
NURİYYƏ













