Ferrarinin bu modeli 40 milyon dollara SATILDI
Ferrari şirkətinin ilk tam elektrikli modeli olan “Luce”nin xüsusi versiyası hərracda 40 milyon dollara satılıb.
Redaktor.az xəbər verir ki, avtomobil ilk dəfə may ayında təqdim olunub. “Luce”nin hərraca çıxarılan versiyası ABŞ-nin Kaliforniya ştatında keçirilən Monterey Avtomobil Həftəsi çərçivəsində “Sotheby's” tərəfindən adı açıqlanmayan alıcıya satılıb.
Məlumata görə, avtomobil Ferrari-nin öz fondu üçün hazırladığı xüsusi model olub. Avtomobilin dizaynı “Apple”ın məşhur dizayneri Coni Ayv tərəfindən hazırlanıb.
“Luce”nin standart modellərinin ilkin satış qiyməti isə 550 min avrodan başlayır.
Qeyd edək ki, Ferrari bu il sözügedən modeldən 500 ədəd satmağı hədəfləyir.
NURİYYƏ













