Turist Etna vulkanına qalxdı, ildırım vurması nəticəsində ÖLDÜ

 21:03 17.08.2026     339

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanına hakimiyyətin qadağasına baxmayaraq qalxan turist ildırım vurması nəticəsində həyatını itirib.

“Redaktor.az” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Hadisə avqustun 16-da axşam saatlarında baş verib. ABŞ-ın Kanzas ştatından olan 29 yaşlı turisti vulkanda ildırım vurub. O, helikopterlə təxliyə edilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, turist uzun müddət davam edən vulkanik aktivlik səbəbindən hakimiyyət orqanlarının Etna vulkanına qalxmağa qoyduğu qadağanı pozub. Rəsmilərin sözlərinə görə, son onilliklər ərzində Etnada ildırım vurması nəticəsində ölənlərin sayı vulkan püskürmələri zamanı ölənlərdən daha çox olub.

Qeyd edək ki, daha əvvəl İndoneziyada yerləşən Monrolо dağında beş turisti ildırım vurmuşdu. Onlardan biri həyatını itirmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən