Si Cinpin bu tarixlərdə ABŞ-yə səfər EDƏCƏK

 22:49 17.08.2026     383

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-a səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu tarixləri “Politico” qəzeti açıqlayıb.

Məlumata görə, sentyabrın 24-də Si Cinpin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüş keçirəcək.

Görüşlər zamanı ticarət, Tayvan, süni intellekt, həmçinin İrandakı vəziyyət və Hörmüz boğazı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Nəşrin məlumatına görə, Si Cinpin bu səfər çərçivəsində BMT Baş Assambleyasının iclasında iştirak etməyəcək.

Qeyd edək ki, Donald Tramp may ayında dövlət səfəri çərçivəsində Çində olub. Səfər zamanı onu İlon Mask, Tim Kuk və “Nvidia” şirkətinin rəhbəri də daxil olmaqla, ABŞ-nin ən böyük şirkətlərinin rəhbərləri müşayiət edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən