Polşa mümkün müharibəyə hazırlaşır

 23:20 17.08.2026     350

Polşa mümkün müharibəyə hazırlaşır, lakin bunun baş verməyəcəyinə ümid edir. Bu barədə ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik açıqlama verib.

Redaktor.az xəbər verir ki, onun sözlərini “Super Express” yayıb.

“Biz müharibəyə hazırlaşırıq və ümid edirik ki, bu, heç vaxt baş verməyəcək”, - deyə Tomçik vurğulayıb.

Onun sözlərinə görə, Varşava müdafiə potensialını artırır və enerji infrastrukturuna mümkün hücumlara hazırlaşır. Nazir müavini bildirib ki, müdafiə məqsədilə yeni hazırlanan vasitələrdən biri “Şərq qalxanı” proqramı çərçivəsində yaradılan SAN pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemidir.

Tomçik əlavə edib ki, sistemin imkanlarının 80 faizi müharibə şəraitində istifadə üçün nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl Polşanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çernetskaya ölkəsinin Ukraynaya “Patriot” sistemləri üçün əlavə raketlər verə biləcəyini açıqlayıb. O bildirib ki, Varşava həmçinin Amerika istehsalı olan sistemlər üçün raketlərin Polşa ərazisində istehsalının təşkili ilə bağlı danışıqlar aparır. Almaniya da bu imkan uğrunda mübarizə aparır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən