Tramp Kim Çen Inla aralarında qarşılıqlı anlaşmanın olduğunu BİLDİRDİ

 23:56 17.08.2026     400

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla aralarında qarşılıqlı anlaşmanın olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Kim Çen In həmişə mənə böyük hörmətlə yanaşıb. Biz dəfələrlə görüşmüşük. Əsasən iki dəfə. Görüşüb söhbət etmişik. Mən onu başa düşürəm, o da məni başa düşür”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu da vurğulayıb.

Tramp, həmçinin Kim Çen Inın danışıqlar keçirmək təklifinə cavab verib-vermədiyi ilə bağlı suala müsbət cavab verib.

“Bu, çox müsbətdir”, – deyə ABŞ Prezidenti qeyd edib. O, cavabın təfərrüatlarını açıqlamayıb.

Vumart və Güvən reklamı Vumart Güvən