İlin sonunadək Rusiya ilə sülh sazişi imzalanmayacaq - Ukrayna kəşfiyyatı

 09:30 18.08.2026     223

Rusiya və Ukrayna arasında ilin sonunadək sülh razılaşmasının əldə olunacağı gözlənilmir.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəhbərinin müavini Vadim Skibitski “RBK-Ukrayna”ya müsahibəsində bildirib.

“Rusiyanın planları belədir və onlar da bunu deyirlər: bu ilin sonunadək heç bir razılaşma əldə olunmayacaq və sülh sazişi imzalanmayacaq”, - Skibitski qeyd edib.

Onun sözlərinə görə, Rusiya qarşıya qoyduğu məqsədlərə nail olmağa çalışacaq və ilk növbədə Donbas ərazisinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan hissəsini ələ keçirməyə cəhd göstərəcək.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən