Liseyə silahlı hücum: 4 ölü, 9 yaralı - Bu ÖLKƏDƏ
Filippinin cənubunda yerləşən liseylərdən birində silahlı hücum nəticəsində 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Manila Times” qəzeti məlumat yayıb.
Filippin Milli İstintaq Bürosunun (NBI) açıqlamasına görə, ölkənin cənubundakı Zamboanqa şəhərində yerləşən liseydə dərslərin başlamasına az qalmış silahlı hücum həyata keçirilib.
Bildirilib ki, məktəbə tapança ilə gələn hücumçunun liseyin yuxarı sinif şagirdi olduğu ehtimal edilir.
İlkin məlumata görə, hücum zamanı 2 şagird və 2 mühafizəçi ölüb, daha 9 nəfər yaralanıb.
Hadisənin səbəblərinin və məktəbdə mümkün təhlükəsizlik boşluqlarının müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlanılıb.
Filippin Prezidenti Ferdinand Markos da hadisə ilə bağlı açıqlama verərək təhlükəsizlik qurumlarına silahlı hücumla bağlı genişmiqyaslı araşdırma aparılması barədə göstəriş verib.
NURİYYƏ













