Moskvaya rekord sayda dronla hücum - VİDEO

 10:23 18.08.2026     306

Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb.

Mer avqustun 17-si axşam saatlarından avqustun 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatının (PUA) qeydə alındığını, onlardan 180-nin vilayət ərazisində vurulduğunu açıqlayıb.

Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.

Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən