Məktəblilər üçün gündəlik dərs limiti müəyyənləşdirildi - Bu ölkədə
Rusiyada məktəblilərin bir gündə keçəcəyi dərslərin maksimum sayı müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, Rusiya Təhsil Nazirliyinin tövsiyələrinə əsasən, birinci sinif şagirdləri üçün sentyabr və oktyabr aylarında gündə ən çox 3, noyabr və dekabr aylarında isə 4 dərs nəzərdə tutulur. Birinci sinifdə dərslərin müddəti 35 dəqiqədən çox olmamalıdır. Yanvar ayından isə dərslərin müddəti 40 dəqiqəyə qədər artırıla bilər.
İkinci sinifdən dördüncü sinfə qədər şagirdlər gündə maksimum 5, beşinci və altıncı siniflərdə 6 dərs keçə bilərlər.
Yeddinci sinifdən başlayaraq isə məktəblilərin gündəlik dərs sayı 7-dən çox olmamalıdır.
Bundan əlavə, Rusiya Təhsil Nazirliyi 2027-ci ildə tədris ilinin başa çatma tarixini də müəyyənləşdirib. Məktəblilər mayın 26-dan tez olmayaraq yay tətilinə çıxacaqlar.
Aytəkin TOFİQQIZI













