Cığırda qaçan qadına ayı hücum ETDİ

 13:00 18.08.2026     270

ABŞ-nin Alyaska ştatında meşə cığırında qaçan qadına qəhvəyi ayı hücum edib. 

Redaktor.az bu haqda "Fox News"ə istinadla xəbər verir.

Məlumata görə, qadın tək qaçırmış. Ayı ona hücum etdikdən sonra qadın üzərindəki ayı spreyi ilə heyvanı uzaqlaşdırmağa nail olub və özü cığırdan çıxaraq kömək istəyib.

Qadın daha sonra xəstəxanaya aparılıb. Onun xəsarətlərinin detalları açıqlanmayıb. Vəhşi təbiət mütəxəssisləri hadisə yerinə gedərək ayını axtarsalar da, heyvanı tapa bilməyiblər.

Mütəxəssislər bildiriblər ki, yay aylarında sıx bitki örtüyü görmə məsafəsini azaldır və ayılarla qəfil qarşılaşma riskini artırır.

Sakinlərə və turistlərə meşəlik ərazilərdə qrupla hərəkət etmək, səs-küy salmaq, ayılara yaxınlaşmamaq və ayı spreyi kimi qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən