Zelenski müdafiə və XİN rəhbərləri ilə bağlı ənənəni dəyişir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə naziri vəzifəsinə namizəd, hazırda bu vəzifəni müvəqqəti icra edən Yevgeni Xmara namizədliyini Ali Radada şəxsən təqdim etməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat verib.
O bildirib ki, Zelenski xarici işlər naziri vəzifəsinə namizəd Andrey Sibiqanın namizədliyini də şəxsən təqdim etməyəcək. Sibiqa hökumətin istefasına qədər bu vəzifəni tutub.
“Qeyd edin ki, prezident şəxsən müdafiə və xarici işlər naziri vəzifələrinə namizədləri təqdim etməyəcək. Halbuki əvvəllər məhz belə olurdu”, - deyə deputat yazıb.
Qeyd edək ki, Zelenski avqustun 18-də xarici işlər və müdafiə naziri vəzifələrinə namizədləri Ali Radaya təqdim edib. Jeleznyakın sözlərinə görə, parlament fraksiyalarına namizədlərlə görüşlər üçün dəvətlər onların rəsmi təqdimatından əvvəl göndərilib.
Xədicə BAXIŞLI













