Ukraynada qarşıdakı qış ən çətin qış olacaq - Baş nazir
Ukraynanın enerji sisteminin vəziyyəti və Rusiyanın hücumlarının intensivliyinin artması fonunda qarşıdakı qış ukraynalılar üçün ən çətin qış olacaq.
Redaktor.az xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski deyib.
“Bu qış ən çətin olacaq. Rusiya enerji infrastrukturuna hücumları əhəmiyyətli dərəcədə artıracaq”, - deyə siyasətçi bildirib.
O əlavə edib ki, Ukrayna fasiləsiz enerji təchizatı ilə təmin olunan yeraltı obyektlərin və sığınacaqların tikintisini fəal şəkildə həyata keçirəcək.
Qeyd edək ki, daha əvvəl Ali İqtisadiyyat Məktəbinin Dünya Hərbi İqtisadiyyatı və Strategiyası İnstitutunun eksperti Nikolay Novik Ukraynanın enerji sistemi üçün əsas risklərin şaxtalar, hücumlar və qaz ehtiyatlarının tükənməsi olacağını bildirib. Bundan əvvəl Novik 2026-cı ilin ortalarına Ukraynanın enerji infrastrukturunun vəziyyətini xroniki çatışmazlıqla xarakterizə olunan vəziyyət kimi qiymətləndirib.
Xədicə BAXIŞLI













