"ABŞ Yaponiyaya qarşı Kuril adaları məsələsini tətbiq edib" - Zaxarova
ABŞ Yaponiyaya qarşı Kuril adaları adlanan ərazi mübahisəsini tətbiq edib.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında deyib.
Diplomat bildirib ki, İkinci Dünya Müharibəsindən sonra Yaponiya ilə bağlı bu məsələnin ölkəyə zorla qəbul etdirildiyini deyib.
“Bu məsələ İkinci Dünya Müharibəsindən sonra Yaponiyaya qayğı göstərənlər tərəfindən Yaponiyaya zorla qəbul etdirilib. Bu, məhz ölkəyə, bu şəhərlərin mülki əhalisinə iki nüvə bombası atmaqla baş verib. Bu, onlara belə zorla qəbul etdirilib. Bu, Yaponiya xalqının alçaldılması idi”, - deyə Mariya Zaxarova bildirib.
Mariya Zaxarova həmçinin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Yaponiya tərəfinin etirazını “heç bir mənalı mahiyyətdən məhrum bir növ ritual” adlandırıb.
“Etiraz sözünün həm forma, həm də məzmun baxımından müəyyən mahiyyəti var. Amma burada bu, bir ritualdır. Məsələn, beş dəfə dövrə vurmalı, üç dəfə qışqırmalı, bir dəfə masanın üstündə dayanmalı və sonra tullanmalısan. Bu, bir ritualdır”, - deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən sonra Tokionun Rusiya əleyhinə açıqlamaları ilə bağlı Yaponiya səfirinə sərt etirazını bildirib.
Aminə ŞAHSUVARQIZI













