Braziliyada ağır yol qəzası: 21 nəfər həlak oldu
Braziliyanın Parana ştatında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Anadolu Agentliyinin (AA) məlumatına görə, hər iki nəqliyyat vasitəsinin üz-üzə çırpılması nəticəsində azı 21 nəfər həyatını itirib. Qəzada çoxlu sayıda insanın da xəsarət aldığı bildirilir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.













