Trampın kostyumunun altındakı sirli detal sosial şəbəkələrdə gündəm OLDU - FOTO

 21:23 19.08.2026     346

ABŞ Prezidenti Donald Tramp Nassauda dairəsinin polis akademiyasında çıxış edib və görünüşündəki qeyri-adi detal ilə diqqət çəkib. Trampın avqustun 14-də Nassau dairəsi Polis Akademiyasında çıxışı zamanı 12 yaşlı oğlanın anasına yaxınlaşdığı da məlum olub.

Redaktor.az xəbər verir ki, görüntülər və şərhlər ABŞ liderinin keçmiş mətbuat katibi Kerolayn Livittin “X” hesabında paylaşılıb.

80 yaşlı siyasətçi Bronksda atışma zamanı təsadüfi güllə ilə yaralanan 12 yaşlı yeniyetmənin anasına yaxınlaşmaq üçün səhnədən düşüb. Tramp tünd göy rəngli kostyum, ağ köynək və qalstukda olub.

Paylaşım 74 mindən çox bəyənmə və 2,5 min şərh toplayıb. Sosial şəbəkə istifadəçiləri pencəyin arxa hissəsində nəzərə çarpan çıxıntıya diqqət yetiriblər.

“Bu, onun başına nə gəlib? Kostyumun altında hansısa qurğu var”, “Bezi geyinib?”, “Gülləkeçirməz jilet yerindən sürüşüb”, “Baxmağı dayandıra bilmirəm”, “Şalvar onun üzərində qəribə görünür” kimi şərhlər yazılıb.

Qeyd edək ki, Trampın Nassau dairəsi Polis Akademiyasındakı çıxışında əsas diqqət ABŞ-da cinayətkarlığın azalmasına yönəlib.

Xədicə BAXIŞLI

2
Vumart və Güvən reklamı Vumart Güvən