Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya QAYIDIR

 10:22 20.08.2026     266

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yaxın günlərdə Böyük Britaniyaya köçəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə xarici “The Telegraph” qəzeti məlumat yayıb.

ABŞ-də altı il yaşadıqdan sonra ailənin Böyük Britaniyaya qayıtması gözlənilir.

Məlumata görə, köçün avqustun sonuna qədər baş tutacağı bildirilir. Cütlük kral ailəsinə məxsus olmayan özəl kənd iqamətgahında yaşayacaq.

Onların yeddi yaşlı oğlu Şahzadə Arçi və beş yaşlı qızı Şahzadə Lilibetin sentyabr ayında Böyük Britaniyada məktəbə başlayacağı qeyd olunur.

Bildirilir ki, bu addım Kral III Çarlz və Harrinin böyük qardaşı, Britaniya taxtının varisi Şahzadə Uilyamla uzun müddətdir davam edən gərgin münasibətlərin yumşalmasına səbəb ola bilər.

Harri və Meqanın kral ailəsinin yüksək vəzifəli üzvləri kimi fəaliyyətlərini dayandıraraq 2020-ci ildə ABŞ-yə köçməsindən sonra ailə daxilində münasibətlərdə ciddi gərginlik yaranıb.

Kral III Çarlzın gözlənilən köç barədə avqustun 16-da məlumat aldığı bildirilir. Mənbələrin “The Telegraph”a verdiyi məlumata görə, monarx yaxınlarını daha tez-tez görmək imkanından məmnun olub.

Harrinin Böyük Britaniyaya qayıdışının əsas əleyhdarları hesab edilən Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltona da ailənin köçü barədə məlumat verilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən