“Daha güclü silahlardan istifadə edəcəyik” - İrandan ABŞ-yə HƏDƏ

 13:56 20.08.2026     242

İran ABŞ tərəfindən yeni hərbi əməliyyatların başlanacağı təqdirdə əvvəlki münaqişə mərhələsi ilə müqayisədə daha güclü silahlardan istifadə edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhebi “Defa Press”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ ilə müharibə yenidən başlayarsa, İranın istifadə edəcəyi silahlar əvvəlkindən fərqli olacaq.

“Əgər müharibə yenidən başlayarsa, şübhəsiz ki, istifadə edəcəyimiz silahlar fərqli olacaq. Bu fərq döyüş başlıqlarının nəsli, zərbələrin dəqiqliyi, raketlərin mənzili və ya hər hansı digər göstəricidə özünü göstərə bilər”, - deyə SEPAH rəsmisi vurğulayıb.

Beləliklə, Tehran ABŞ ilə mümkün yeni qarşıdurma halında hərbi imkanlarını daha geniş şəkildə ortaya qoyacağı mesajını verib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən