Trampın köməkçisi bir ildən çox məxfi məlumata icazəsiz çıxışla işləyib
ABŞ Prezidenti Donald Trampın ən yaxın köməkçilərindən biri Natali Harp bir ildən çox müddət ərzində dövlət sirrinə standart çıxış icazəsi olmadan Ağ Evdə işləyib.
Redaktor.az xəbər verir ki, bu barədə “MS Now” telekanalı məlumat yayıb.
Məlumata görə, Harp dövlət sirrinə çıxış icazəsinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin hazırlanmasını təxirə salıb. Bu səbəbdən təhlükəsizlik əməkdaşları və ABŞ Məxfi Xidməti arasında suallar yaranıb.
Bundan sonra prosesə Donald Tramp müdaxilə edib. Bunun ardınca Harp dövlət sirrinə çıxış icazəsini rəsmiləşdirib.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın keçmiş prezidenti Co Baydenin köməkçisi Tara Rid Amerika lideri Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə münasibətindən danışıb.
Xədicə BAXIŞLI













