Ukraynanın sabiq müdafiə naziri ABŞ-yə səfər edəcək
Ukraynanın sabiq müdafiə naziri Mihail Fedorov ABŞ-yə səfər edəcək. Onun səfərinin müdafiə texnologiyaları sahəsində layihələrlə bağlı olduğu bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Suspilne” sabiq nazirin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Fedorovun mətbuat xidmətindən bildirilib ki, səfərin əsas məqsədi müdafiə texnologiyaları (“defense tech”) sahəsində yeni layihələr üçün resursların cəlb edilməsidir.
“Potensial olaraq planlaşdırılan səfərin əsas məqsədi müdafiə texnologiyaları sahəsində yeni layihələr üçün resursların cəlb edilməsi ilə bağlıdır”, - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Fedorovun ABŞ-yə mümkün səfəri barədə daha əvvəl də məlumat yayılmışdı. Məlumata görə, səfər gələn həftə baş tuta bilər, lakin onun dəqiq vaxtı açıqlanmayıb.
Xədicə BAXIŞLI













