Ayının qadına hücum etdiyi kənd turistlərə BAĞLANDI

 11:55 21.08.2026     197

Altayın Yailü qəsəbəsi yaxınlığında ayının turist qadına hücum etməsindən sonra ərazi istirahət üçün bağlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Altay Biosfer Qoruğu məlumat yayıb.

Bildirilib ki, ayıların Yailü qəsəbəsinə və Altay qoruğunun ərazisindəki məntəqələrə çıxması ilə bağlı yaranmış kritik vəziyyət səbəbindən avqustun 21-dən qəsəbədə yaşamayan şəxslərin Yailüyə girişi qadağan edilib.

Xatırladaq ki, bir müddət əvvəl qadın və sevgilisi Biya çayının sahilində çadırda istirahət edərkən gecə saatlarında ayı onlara hücum edib. Yırtıcı qadını tutaraq sürükləyib və ona ağır xəsarətlər yetirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.

Qadının valideynləri hadisə zamanı onun sevgilisinin kömək etmədiyini, qorxaraq hadisə yerindən uzaqlaşdığını iddia ediblər. Onların sözlərinə görə, cütlüyün turizm bazasının ərazisində yerləşən evdə qalmaq imkanı olsa da, daha ucuz olduğu üçün çadırda gecələməyə üstünlük verilib.

Ailə həmçinin turizm bazasının rəhbərliyini də tənqid edib. Valideynlərin iddiasına görə, əraziyə yaxın yerlərdə ayıların olduğu məlum olsa da, turistlərin çadırlarda qalmasına icazə verilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən