Günəşdə avqust ayının ən güclü alışması qeydə ALINDI

 13:01 21.08.2026     222

Günəşdə avqust ayı ərzində ən güclü alışma baş verib. Alışmanın gücü M8.1 səviyyəsinə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Laboratoriyanın açıqlamasına görə, əvvəlki avqust rekordundan cəmi bir neçə saat sonra daha güclü alışma qeydə alınıb.

“Günəşdə indicə M8.1 səviyyəsində daha güclü alışma qeydə alınıb. Bu, artıq böyük hadisə hesab olunur”, - məlumatda bildirilib.

Alimlərin sözlərinə görə, yeni alışmanın X səviyyəsinə çatmasına cəmi 20 faiz güc çatmayıb.

Hazırda Günəşdə aktivliyin artmasının Yer üçün birbaşa təhlükə yaratmadığı qeyd edilib. Bununla belə, alimlər aktiv ləkələr qrupunun 3-4 gün sonra Yerə təsir zonasına yaxınlaşa biləcəyini bildiriblər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən