"Bu seçkilər Qazaxıstan tarixinin ən əlamətdar seçkiləri olacaq" - Tokayev

 20:46 21.08.2026     290

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 23-də keçirilməsi planlaşdırılan birpalatalı parlamentə – Kurultaya seçkilərin ölkə tarixində ən əlamətdar seçkilərdən biri olacağını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Şübhəsiz ki, bu seçkilər ölkəmizin tarixində bəlkə də ən maraqlı seçkilər kimi xatırlanacaq. Seçicilərlə görüşlər, media kampaniyaları, milli televiziya debatları və sosial media müzakirələri zamanı partiyalar öz platformalarını inandırıcı şəkildə təqdim etdilər”, - deyə Tokayev qeyd edib.

Prezident vurğulayıb ki, vətəndaşlar siyasi partiyaların ölkənin gələcəyi ilə bağlı mövqeləri, eləcə də iqtisadiyyat, mədəniyyət və digər sahələrin inkişafına dair təşəbbüsləri ilə tanış olmaq imkanı əldə ediblər.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən