Rusiya ordusu Krivoy Roqa dron zərbəsi endirdi - 14 ölü, 121 yaralı - YENİLƏNİB
Rusiya ordusu Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən iri ticarət mərkəzinə zərbə PUA-ları ilə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ticarət mərkəzinin binasına ziyan dəyib və yanğın başlayıb.
Məlumata əsasən, ölənlərin sayı 14 nəfərə çatıb, 121 nəfər yaralanıb. Yaralananlar arasında 22 uşaq da var. 29 nəfərin, o cümlədən 5 uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul xilasetmə əməliyyatının davam etdiyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl 103 yaralının olduğu açıqlanmışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ticarət mərkəzi iki dalğa ilə hücuma məruz qalıb. Onun sözlərinə görə, ilk zərbədən və yanğından təxminən yarım saat sonra xilasedicilərə də təkrar zərbə endirilib. Zelenski hücumu terror aktı adlandırıb və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.
“Bu, rusların mütləq vəhşiliyidir. Sadəcə vəhşilərdir. Mütləq cavab verəcəyik”, - deyə Zelenski vurğulayıb.
***
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 14 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün teleqram kanalında bildirib.
"Krivoy Roqda rusların ticarət mərkəzinə hücumu nəticəsində artıq 14 nəfər həlak olub", - o qeyd edib.
Onun sözlərinə görə, 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.
"İtkin düşənlər var, onlarla əlaqə saxlamaq mümkün olmur", – A. Qanja əlavə edib.













