Putin pilotsuz sistemlər qoşunlarına yeni rəhbər təyin ETDİ

 22:42 21.08.2026     359

Rusiya Prezidenti Vladimir Putin general-polkovnik Denis Lyamini Rusiya Silahlı Qüvvələrinin pilotsuz sistemlər qoşunlarının yeni komandanı təyin edib.

Redaktor.az xəbər verir ki, o, avqustun 21-də müdafiə naziri Andrey Belousovun əmri ilə vəzifəsinin icrasına rəsmən başlayıb.

Lyamın daha əvvəl “Mərkəz” qoşun qruplaşmasının qərargah rəisi vəzifəsində çalışıb. Putin onun təyinatını avqustun 5-də elan edərək pilotsuz sistemlər sahəsində ən ixtisaslı mütəxəssislərdən biri adlandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən