Türkiyədə helikopter qəzaya uğraması yalan imiş - YENİLƏNİB
Giresunun Piraziz rayonunda araşdırma aparan elektrik paylama şirkətinə məxsus helikopterin qəzaya uğradığı iddia edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Giresun valiliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, indiyə qədər heç bir tapıntı və ya iz aşkarlanmayıb: "Məlumatdan sonra hadisəni təsdiqləmək və lazımi yoxlamaları aparmaq üçün əraziyə qruplar göndərildi. Hadisə səhiyyə, jandarma, polis, AFAD (Fövqəladə Hallar və Təcili Yardım İdarəsi) və yanğınsöndürmə şöbəsi qruplarımız tərəfindən izlənilir. İndiyə qədər hesabatı təsdiqləmək üçün davam edən axtarış-xilasetmə işlərində heç bir tapıntı və ya iz aşkarlanmayıb. İnkişaflar ictimaiyyətlə paylaşılacaq."
***
Türkiyənin Giresun vilayətinin Piraziz rayonunda yüksək gərginlikli elektrik xətləri üzərində işləyən helikopter qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Deregözü kəndində baş verən helikopter qəzasının səbəbi və göyərtədəki insanların sayı məlum deyil.
Giresun valisi Mustafa Koç bölgəyə gedib.













