"ABŞ nümayəndələri Rusiyanın mövqeyinə görə Kiyevə getməyib" - Stubb

 09:37 24.08.2026     218

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşnerin Rusiyanın mövqeyinə görə hələ Kiyevə səfər etmədiyini iddia edib.

Redaktor.az xəbər verir ki, Stubb bu barədə Kiyevdə açıqlama verib.

Məlumata görə, Finlandiya Prezidenti amerikalı danışıqlar aparan şəxslərin hazırda İrana əhəmiyyətli diqqət ayırdıqlarını, bununla yanaşı Ukrayna və ölkə rəhbərliyi ilə daim əlaqə saxladıqlarını bildirib.

“Vəziyyəti belə şərh edirəm ki, top Ukraynanın meydanında deyil. Top əsasən Rusiyanın meydanındadır”, – deyə Stubb bildirib.

Finlandiya Prezidenti Rusiyanın sülhə hazır olduğunu nümayiş etdirməli olduğunu, lakin Moskvanın bunu etmədiyini iddia edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Kiyevə mümkün səfərinin baş tutmadığı bildirilmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Moskvanın Vitkoff və Kuşnerin mümkün səfəri ilə bağlı hələlik konkret təklif almadığını açıqlayıb. O, belə bir təklif daxil olacağı təqdirdə görüşün qısa müddətdə təşkil edilə biləcəyini bildirib.

Diplomat vurğulayıb ki, Rusiya Ukraynadakı nizamlanma ilə bağlı ABŞ-nin mövqeyini diqqətlə izləyir. Onun sözlərinə görə, amerikalı nümayəndələr hazırda əsas diqqətlərini Yaxın Şərqdəki vəziyyətə yönəldiblər.

Bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak amerikalı vasitəçilərin Moskva səfərlərindən narazılığını ifadə etmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən