Merz Ukrayna üçün əlavə dəstək istəyəcək

 10:08 24.08.2026     244

Almaniya kansleri Fridrix Merz “Könüllülər koalisiyası” ölkələrindən Ukraynaya enerji sahəsində yardımı artırmağı xahiş edəcək.

Redaktor.az xəbər verir ki, bu haqda "Der Spiegel" mənbələrə istinadla xəbər verir.

Məlumata görə, qarşıdan gələn görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinin də müzakirə olunacağı gözlənilir.

Merz əmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminə əlavə dəstəyin göstərilməsini təklif etməyi planlaşdırır.

Qeyd edək ki, “Könüllülər koalisiyası” Ukraynaya dəstəyin gücləndirilməsi məsələlərini müzakirə edən ölkə və təşkilatları bir araya gətirir. Almaniya hökuməti də Ukraynaya enerji və hava hücumundan müdafiə sahəsində yardımın artırılmasını vacib hesab edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən