Məktəblərdə zənglər musiqi ilə əvəzlənəcək - Bu ölkədə

 10:15 24.08.2026     295

Rusiyada sentyabrın 1-dən məktəblərdə ənənəvi zənglər əvəzinə musiqilər səsləndiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, dərslərin başlanğıcı və sonu müasir və sovet bəstəkarlarının məşhur əsərləri ilə elan olunacaq.

“Zənglər əvəzinə melodiyalar” layihəsi Rusiyanın bütün bölgələrində tətbiq ediləcək. Melodiyalar hər ay dəyişdiriləcək və müəyyən əlamətdar tarixlərə həsr olunacaq.

Sentyabr ayında məktəblərdə təhsil, bilik, müəllim və dostluq mövzusunda mahnı və melodiyaların səsləndirilməsi nəzərdə tutulur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən