Zelenski Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni plan təqdim ETDİ
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki münaqişənin sülh yolu ilə həlli ilə bağlı yeni plan təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Məlumata görə, plan atəşkəsin elan olunmasını, qoşunların cəbhə xəttindən geri çəkilməsini və bufer zonasının yaradılmasını nəzərdə tutur.
Nəşrin məlumatına görə, layihə Ukrayna tərəfindən ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropalı rəsmilərlə birgə hazırlanıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov Rusiya ilə münaqişənin həlli üzrə danışıqları “canlandırmağın” mümkün olduğunu bildirib. Bundan əvvəl Budanovun Moskva ilə gizli danışıqlar apardığı barədə məlumatlar yayılmışdı.
Xədicə BAXIŞLI













