Tramp dünya liderlərinə İranla bağlı müraciət ETDİ
ABŞ Prezidenti Donald Tramp dünya liderləri ilə bir sıra telefon danışıqları aparmağa başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent bildirib. Onun sözlərini RİA Novosti yayıb.
Nazirin sözlərinə görə, Tramp danışıqlar zamanı dünya liderlərinə konkret müraciət edir və onlardan İranla qarşılıqlı əlaqələri dayandırmağı xahiş edir.
“Prezident dünya liderlərinə zəng edərək onlardan İranla qarşılıqlı əlaqələri dayandırmalarını xahiş edir”, - deyə Bessent bildirib.
Qeyd edək ki, avqustun 20-də Donald Tramp ABŞ-nin İrana qarşı yeni “dağıdıcı” iqtisadi əməliyyata başladığını açıqlayıb. O, bunu misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid siyasəti adlandırıb.
Buna cavab olaraq İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, Tehranın ticarət tərəfdaşları ABŞ rəhbərliyinin açıqlamalarını ciddi qəbul etmirlər.
Xədicə BAXIŞLI













